Azedu.az

Naxçıvanda iki özəl bağçaya dövlət dəstəyi veriləcək

Məktəbəqədər təhsil

4 Sentyabr 2026, 15:41
Naxçıvanda iki özəl bağçaya dövlət dəstəyi veriləcək

Naxçıvanda iki özəl məktəbəqədər təhsil müəssisəsi  valideyn-dövlət-özəl əməkdaşlığı əsasında maliyyələşmə  müsabiqəsinin qalibi olub.

AzEdu.az xəbər verir ki, Naxçıvan Təhsil Mərkəzinin “Happy Kids” və “Ayla Baby İnkişaf Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin uşaq bağçaları Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və aidiyyəti qurumların rəyi əsasında lisenziyalaşdırılıb və qeyd olunduğu kimi hər iki özəl bağça məktəbəqədər təhsildə valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə  müsabiqsinin qalibi olub. Bu, Naxçıvanda sözügedən əməkdaşlıq modeli çərçivəsində ilk belə nəticədir.

Müsabiqənin əsas məqsədi 2026–2027-ci tədris ilində məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, valideynlər üçün əlavə seçim imkanlarının yaradılması və dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsidir. 

Əxlaqsızlıq, söyüş, zorakılıq - Cəmiyyət hara gedir?
Son xəbərlərDaha çox