Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-03 14:00:00
BDU-da elmi-praktik konfrans keçirilib - FOTO

Bakı Dövlət Universitetində (BDU) görkəmli alim, elm təşkilatçısı Heydər Hüseynovun anadan olmasının 110 illiyinə həsr edilən “Heydər Hüseynovun elmi nəzəri irsi və müasir fəlsəfənin aktual problemləri” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.

AzEdu.az  xəbər verir ki, konfransda BDU-nun rektoru, akademik Abel Məhərrəmov alimin mənalı ömür yolundan, elmi irsinin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, H.Hüseynov ölkəmizdə elmin, təhsilin inkişafına əvəzsiz töhfələr verib.

Digər çıxış edənlər də görkəmli alimin elmi yaradıcılığı ilə bağlı fikirlərini bildiriblər.

Tədbirdə müxtəlif mövzularda məruzələr dinlənilib.