Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-30 17:59:00
Sertifikat alan müəllimlər DİM-lə əməkdaşlıq edəcəklər

Dövlət İmtahan Mərkəzi (DİM) Bərdə şəhəri 8 nömrəli tam orta məktəbdə Azərbaycan dili, riyaziyyat və coğrafiya fənlərindən yeni təhsil proqramları (kurikulumlar) üzrə qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların meyarlar əsasında yoxlanılmasına (marker) dair hazırlıq kursları təşkil edib.

AzEDU.az xəbər verir ki, hazırlıq kurslarında elektron qeydiyyatdan keçən, yeni proqramla (kurikulum) tanış olan, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər iştirak ediblər.

İştirakçılara fənn kurikulumu, imtahanda yoxlanılması və qiymətləndirilməsi mümkün olan alt standartlar haqqında məlumat verilib.

Kursu müvəffəqiyyətlə başa vuran müəllimlərin şəxsi məlumatları DİM-in elektron “Məlumat bazası”na daxil edilib. Onlara DİM-in sertifikatı veriləcək. Gələcəkdə sertifikat alan seminar iştirakçıları müqavilə əsasında qiymətləndirmə materiallarının hazırlanması, ekspertizası və yoxlanılması (marker kimi) üçün DİM-lə əməkdaşlığa cəlb ediləcəklər.