Dövlət ümumtəhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırılması üzrə test imtahanı mərhələsi başa çatıb.
İmtahanda yüksək nəticə əldə edən müəllimlərdən biri də Siyəzən rayonu R. Abdülrəhimov adına Gilgilçay qəsəbə tam orta məktəbinin texnologiya müəllimi Günay Bağırova olub.
AzEdu.az xəbər verir ki, Günay müəllim sertifikasiya imtahanından 58 bal toplayıb.
Müəllim qeyd edib ki, bu uğur onun üçün son deyil:
"Bu gün müəllimlərin sertifikasiya imtahanında 58 bal toplamağın sevincini yaşayıram. Texnologiya müəllimi olaraq 3 müxtəlif məktəbdə çalışmaq, həmçinin təlimçi kimi müəllimlərlə bilik və təcrübəmi bölüşmək mənə böyük məsuliyyət və qürur qazandırıb.
Bu uğur mənim üçün son deyil, daha böyük hədəflərə aparan yeni bir başlanğıcdır".