Azedu.az

Gəncədə körpə qızdırmadan ölüb

AzEdu Təhsil Platforması

2 İyul 2026, 09:39
Gəncədə körpə qızdırmadan ölüb

Gəncədə körpə yüksək hərarətdən ölüb.

AzEdu.az Report-a istinadən xəbər verir ki, Daşkəsən rayon sakini təxminən 1 yaş 6 aylıq qız uşağı xəstəxanada vəfat edib.

Rayon sakini D. Murquzova ağır vəziyyətdə Gəncədə yerləşən xəstəxanalardan birinə gətirilib.

Onda ağır ürək və ağciyər çatışmazlığı əlamətləri olub.

Uşağa tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, D. Murquzovanın yüksək hərarəti olub.

Qeyd edək ki, dünyasını dəyişən qız serebral iflic xəstəsi olub.

Rusiyada soydaşlarımıza SİLAHLI BASQIN: Qandonduran GÖRÜNTÜLƏR
SORĞU
İxtisas seçimində ilk sıraya hansı universiteti yazmısınız?
Səs ver
Son xəbərlərDaha çox