Bakı Slavyan Universitetinin (BSU) rektoru, Anar Nağıyev universitetin sabiq rəhbəri, professor Nurlana Əliyevanın vəfatı ilə əlaqədar başsağlığı yayımlayıb.
AzEdu.az xəbər verir ki, rektor şəxsi sosial şəbəkə hesabında etdiyi paylaşımda filologiya elmləri doktoru, professor Nurlana Əliyevanın dünyasını dəyişməsindən kədərləndiyini ifadə edərək bu sözləri qeyd edib:
"Bakı Slavyan Universitetinin sabiq rektoru, filologiya elmləri doktoru, professor Nurlana Əliyeva vəfat etmişdir. Uca Tanrıdan Nurlana xanıma rəhmət, ailəsinə səbir diləyirəm".
Qeyd edək ki, professor Nurlana Əliyeva 2016–2021-ci illərdə Bakı Slavyan Universitetinin rektoru vəzifəsində çalışıb.