Azedu.az

400 bal toplayan abituriyent: “Səhvsiz yazdığıma əmin idim”

İmtahanlar və qəbul məsələləri

25 İyun 2026, 13:03
400 bal toplayan abituriyent: “Səhvsiz yazdığıma əmin idim”

7 iyun 2026-cı il tarixində keçirilmiş I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni)  üzrə qəbul imtahanının nəticələri elan olunub.

Bu imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 5 nəfər əldə edib.

Onlardan biri də Bakı şəhəri Nizami rayonu 238 saylı məktəbin məzunu Hüseynli Leyla Samir qızıdır.

AzEdu.az bu münasibətlə Leyla ilə həmsöhbət olub.

"Bu uğurun təməli birinci sinifdən qoyulub. Mən dərslərimi hər zaman mütəmadi və yaxşı oxumuşam".

​"İmtahan nəticəmi öyrənəndə çox sevindim. Əslində, belə bir uğuru gözləyirdim, çünki imtahandan çıxandan sonra sualları yoxlamışdım və hamısının səhvsiz olduğuna əmin idim.

​Bu uğurun təməli birinci sinifdən qoyulub; mən dərslərimi hər zaman mütəmadi və yaxşı oxumuşam. Hazırlıq prosesində isə məktəb müəllimlərimin dəstəyi ilə daha çox öz üzərimdə çalışmışam. Qəbul imtahanının sualları normal səviyyədə idi, fənlərlə bağlı xüsusi bir çətinliyim olmadı. Sadəcə buraxılış imtahanında vaxt aparan suallar çoxluq təşkil edirdi, abituriyentlər arasında çətinlik yaradan əsas məqam da məhz bu idi.

​Gələcək təhsilimi Bakı Ali Neft Məktəbində yaxud ADA Universitetində davam etdirmək istəyirəm. İxtisas olaraq isə informatika sahəsini seçmişəm. Qarşıma qoyduğum növbəti hədəfləri hələ ki tam müəyyənləşdirməmişəm”.

​ Hazırlıq müddətində sosial mediadan aktiv istifadə etmişəm:

“Yüksək nəticə üçün sosial şəbəkələrdən tamamilə uzaqlaşmaq lazımdır fikri ilə razı deyiləm. Hazırlıq müddətində mən də sosial mediadan aktiv istifadə etmişəm. Hesab edirəm ki, bunun düzgün idarə olunduqda təhsilə heç bir mənfi təsiri yoxdur. Gün ərzində təqribən 4-5 saat dərs oxuyur, qalan boş vaxtlarımda isə telefonla məşğul olurdum.

​Sonda mənim kimi yüksək nəticə qazanmaq istəyən abituriyentlərə tövsiyəm odur ki, ilk növbədə özlərinə inansınlar, öz üzərlərində çox çalışsınlar və ən əsası, özlərinə vaxt ayırmağı da bacarsınlar".

TƏCİLİ! Rus ordusu dəhşətli itkilər verdi - Minlərlə ö*lü var
Son xəbərlərDaha çox