Azedu.az

6-cı siniflərdə zəif nəticə göstərənlərin sayı azalıb

İmtahanlar və qəbul məsələləri

11 Sentyabr 2026, 10:48
6-cı siniflərdə zəif nəticə göstərənlərin sayı azalıb

"6-cı siniflərdə zəif şagirdlərin payı 20%-dən 15%-ə düşüb".

AzEdu.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən, nazirin müşaviri Elnur Əliyev çıxışı zamanı bildirib.

O qeyd edib ki, ibtidai təhsil üzrə həm oxu, həm də riyaziyyat bacarıqlarında şagirdlərin nəticələrində artım müşahidə olunur. Riyaziyyat üzrə də artımın davamlı və sabit xarakter daşıdığı vurğulanıb.

Elnur Əliyevin sözlərinə görə, ən müsbət göstəricilərdən biri baza həddinin altında olan şagirdlərin payının azalmasıdır. Belə ki, cari ildə oxu üzrə bu göstərici 5 faizə enib. Riyaziyyat üzrə isə baza həddinin altında olan şagirdlərin payı 17 faizdən 9 faizə düşüb.

“Bu, demək olar ki, Azərbaycan ibtidai sinif müəllimlərinin sinifdə bu məsələyə son illərdə fokuslanmasının bir nəticəsidir. Mən müəllimlərimizə təşəkkür edirəm və təbrik edirəm”, – deyə Elnur Əliyev bildirib.

6-cı siniflər üzrə nəticələrə toxunan Elnur Əliyev oxu bacarıqlarında artımın ötən il olduğu kimi, cari ildə də davam etdiyini deyib. Onun sözlərinə görə, artım kəskin olmasa da, müsbət dinamikanın olması əhəmiyyətlidir.

Bildirilib ki, 6-cı siniflərdə xüsusilə 1-ci səviyyədən aşağı nəticə göstərən şagirdlərin payında azalma qeydə alınıb. Son bir ildə bu göstərici 20 faizdən 15 faizə enib.

Elnur Əliyev qeyd edib ki, bu nəticələr 6-cı sinif şagirdlərinin oxu bacarıqlarının inkişaf etdirilməsi, xüsusilə zəif nəticə göstərən şagirdlərin minimum səviyyəyə çatdırılması istiqamətində görülən işlərin nəticəsidir.

Riyaziyyat üzrə də şagirdlərin minimum səviyyədə olan bacarıqlarında əhəmiyyətli yaxşılaşma müşahidə edildiyi bildirilib. Bununla belə, 6-cı siniflər üzrə riyaziyyat ballarının 2024-cü ilin nəticələri ilə eyni səviyyəyə çatdığı qeyd olunub.

Elnur Əliyevin sözlərinə görə, ötən il 6-cı siniflərin riyaziyyat nəticələrində geriləmə müşahidə edilsə də, cari ildə yenidən artım qeydə alınıb və nəticələr əvvəlki səviyyəyə yüksəlib.

Rusiyaya dəhşətli hücum başladı - Ukrayna raketlərlə bombalayır
Son xəbərlərDaha çox