İyulun 1-də Günəşdə "M" sinfinə aid səkkiz güclü partlayış qeydə alınıb.
AzEdu.az xəbər verir ki, bu barədə məlumatı TASS Rusiyanın Tətbiqi Geofizika İnstitutuna istinadən yayıb.
Məlumata görə, son partlayış Günəş ləkələrinin 4 479-cu qrupunda baş verib. Onların gücü müvafiq olaraq M1.4, M1.0, M1.1 və M1.2 səviyyəsində olub. Həmin gün gün ərzində daha əvvəl dörd "M" sinifli partlayış da müşahidə edilmişdi ki, onlardan ən güclüsü M2.5 səviyyəsinə çatıb.
Qeyd edək ki, Günəş alışmaları rentgen şüalanmasının gücünə görə A, B, C, M və X olmaqla beş sinfə bölünür. Ən zəif sinif olan A0.0 Yer orbitində hər kvadratmetr üçün 10 nanovat gücündə şüalanmaya uyğundur. Hər növbəti sinifdə isə şüalanmanın gücü 10 dəfə artır.
Mütəxəssislər bildirirlər ki, bu partlayışlar Günəş plazmasının kosmosa atılması ilə müşayiət oluna bilər. Sözügedən plazma buludları Yerə çatdıqda isə geomaqnit qasırğalarına səbəb ola bilər.