Bağırsaq bakteriyalarının istehsal etdiyi ImP adlı molekulun Alzheimer xəstəliyi və daha sürətli koqnitiv geriləmə ilə əlaqəli olduğu müəyyən edilib.
AzEdu.az xəbər verir ki, bu barədə ScienceDaily Viskonsin-Medison Universitetinin araşdırmasına istinadən məlumat yayıb.
Qanda ImP səviyyəsinin yüksək olması Alzheimer üçün daha böyük risk, beyində xəstəliklə əlaqəli zülalların toplanması və koqnitiv qabiliyyətlərin daha sürətli zəifləməsi ilə əlaqələndirilib.
Araşdırma səbəb-nəticə əlaqəsini tam sübut etmir. Bununla belə, alimlər gələcəkdə ImP səviyyəsinin azaldılmasının potensial profilaktik və ya müalicə strategiyasına çevrilə biləcəyini düşünürlər.