Azedu.az

Musiqi üzrə qabiliyyət imtahanlarına start verilib

Dövlət İmtahan Mərkəzi

1 İyul 2026, 17:52
Musiqi üzrə qabiliyyət imtahanlarına start verilib

Bülbül adına Orta İxtisas Musiqi Məktəbində ali təhsil müəssisələrinin V ixtisas qrupuna aid musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanlarına iyunun 1-dən start verilib.

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, imtahana gələn abituriyentlər (subbakalavrlar) özləri ilə şəxsiyyət vəsiqəsinin əsli, "Qabiliyyət imtahanına buraxılış vərəqəsi ", "Proqram forması", musiqi aləti (fortepiano aləti istisna olmaqla) və ifa edəcəyi əsərlərin notlarını mütləq gətirməlidirlər.

İxtisas imtahanında abituriyent proqramı ifa etməli, ifaçılıq qabiliyyətini və səhnə mədəniyyətini nümayiş etdirməlidir. İmtahan proqramı konsertmeysterin müşayiəti ilə ifa edilməlidir. Abituriyentləri müşayiət edəcək konsertmeysterlər verilən linkə (//eservices.dim.gov.az/wpfqab/) keçid edərək qeydiyyatdan keçməlidirlər.

Rusiyada soydaşlarımıza SİLAHLI BASQIN: Qandonduran GÖRÜNTÜLƏR
SORĞU
İxtisas seçimində ilk sıraya hansı universiteti yazmısınız?
Səs ver
Son xəbərlərDaha çox