Azedu.az

Vətən müharibəsi iştirakçısı sertifikasiyadan yüksək bal YIĞDI

Müəllimlər və elm adamları

30 İyun 2026, 09:05
Vətən müharibəsi iştirakçısı sertifikasiyadan yüksək bal YIĞDI

Vətən müharibəsi iştirakçısı olan müəllim sertifikasiya imtahanında 50 bal topladı.

AzEdu.az xəbər verir ki, Lənkəran şəhəri Vaqif Əliyev adına 4 nömrəli məktəb-liseyin fiziki tərbiyə müəllimi, Vətən müharibəsi iştirakçısı Asəf Ağaquliyev sertifikasiya imtahanında 50 bal toplayaraq uğurlu nəticə əldə edib.
Asəf Ağaquliyev 2018-ci ildən pedaqoji fəaliyyətlə məşğuldur.

O, 6 il Astara şəhəri Ziya Bünyadov adına 2 nömrəli tam orta məktəbdə çalışıb, hazırda isə Lənkəran şəhəri Vaqif Əliyev adına 4 nömrəli məktəb-liseydə fəaliyyətini davam etdirir.

Müəllim eyni zamanda voleybol və futbol üzrə məşqçidir. O, voleybol üzrə Level -1, futbol üzrə isə D kateqoriyalı məşqçilik sertifikatlarına malikdir. Asəf Ağaquliyev 2020-ci il sentyabrın 29-da çalışdığı məktəbdən könüllü olaraq Vətən müharibəsinə yollanıb. O, 44 gün ərzində Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edib.

Döyüşlərdə göstərdiyi şücaətə görə Azərbaycan Prezidenti tərəfindən "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.

Hazırda müəllim pedaqoji fəaliyyəti ilə yanaşı, Lənkəran şəhərində uşaq futbolunun inkişafı istiqamətində də çalışır. Onun yetirməsi olan 30-dan çox şagird müxtəlif yaş qrupları üzrə uşaq liqalarında və Azərbaycan çempionatında çıxış edir.

Putinin ağzı söz tutmadı: Rəqəmləri çaş-baş dedi
Son xəbərlərDaha çox