Ali Təhsil Müəssisələrinə Qəbul İmtahanında (YKS) i (YKS) iki sualla bağlı aparılan araşdırma nəticəsində Ölçmə, Seçmə və Yerləşdirmə Mərkəzi (ÖSYM) qərarını açıqlayıb.
AzEdu.az Türkiyə mediasına istinadən xəbər verir ki, qərara əsasən, Sahə Bacarığı Testində (AYT) bir sual ləğv edilib, bir sualın cavab variantı isə dəyişdirilib.
ÖSYM İdarə Heyətinin qərarına görə, AYT Riyaziyyat testinin əsas sual kitabçasında yer alan 23 nömrəli sualın “C” olaraq qeyd edilən cavabı “A” ilə əvəzlənib. Türk Dili və Ədəbiyyatı–Sosial Elmlər-1 testində yer alan 20 nömrəli sual isə tamamilə ləğv olunub.
Qurumdan verilən açıqlamada bildirilib ki, 20 iyun 2026-cı ildə keçirilən 1-ci oturum TYT və 21 iyun 2026-cı ildə keçirilən 2-ci oturum AYT sualları üzrə analizlər aparılıb, cavab açarları yoxlanılıb və etirazlar elmi baxımdan dəyərləndirilib. Nəticədə müvafiq dəyişikliklər edilib.
Qeyd olunub ki, YKS qaydalarına əsasən ləğv edilən suallar qiymətləndirmədən çıxarılacaq və keçərli suallar əsasında xallar yenidən hesablanacaq.