Azedu.az

Müəllimlərin orta aylıq maaşı 4 dəfəyə yaxın artıb - NAZİR

Müəllimlər və elm adamları

30 İyun 2026, 10:26
Müəllimlərin orta aylıq maaşı 4 dəfəyə yaxın artıb - NAZİR

"Müəllimlərin orta aylıq əməkhaqqı 2014-cü illə müqayisədə 4 dəfəyə yaxın artıb".

AzEdu.az xəbər verir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi müəllimlərin orta aylıq əməkhaqqının illər üzrə dinamikasını açıqlayıb.

Məlumata görə, 2014-cü ildə müəllimlərin orta aylıq əməkhaqqı 267 manat olduğu halda, 2015-ci ildə diaqnostik qiymətləndirmənin tətbiqi ilə bu göstərici 365 manata yüksəlib. 2016-cı il aprelin 1-dən tətbiq edilən 10 faizlik artımdan sonra əməkhaqqı 403 manat təşkil edib və 2018-ci ilə qədər bu səviyyədə sabit qalıb.

Nazirliyin məlumatında qeyd olunur ki, 2019-cu il sentyabrın 1-dən tətbiq edilən 20 faizlik artım nəticəsində orta aylıq əməkhaqqı 533 manata yüksəlib və 2021-ci ilədək bu göstərici dəyişməyib.

Bildirilib ki, 2022-ci il yanvarın 1-dən tətbiq edilən 20 faizlik artım nəticəsində əməkhaqqı 651 manat, sentyabr ayında isə sertifikatlaşdırma prosesinin tətbiqi ilə 720 manat olub.

Məlumata əsasən, 2023-cü ilin fevralında 10 faizlik artımdan sonra orta əməkhaqqı 790 manata, sentyabr ayında isə 830 manata çatıb.

Nazirlik qeyd edib ki, sertifikatlaşdırma mexanizminin davam etdirilməsi ilə əməkhaqqında artım dinamikası sonrakı illərdə də qorunub. Belə ki, 2024-cü ilin sentyabrında orta aylıq əməkhaqqı 920 manat, 2025-ci ildə 965 manat, 2026-cı ilin sentyabr ayı üçün isə 1030 manat təşkil edib.

Qeyd olunub ki, ümumilikdə 2014-cü illə müqayisədə müəllimlərin orta aylıq əməkhaqqında 4 dəfəyə yaxın artım qeydə alınıb.

TƏCİLİ! İranda ATIŞMA - Təbrizdə xalq ayağa qalxdı, Ö*LƏNLƏR VAR
Son xəbərlərDaha çox