Azedu.az

Bu ixtisas üzrə ən çox TTK müqaviləsi bağlayan 10 universitet

Tələbələr

1 İyul 2026, 17:35
Bu ixtisas üzrə ən çox TTK müqaviləsi bağlayan 10 universitet

"Biznesin təşkili və idarə edilməsi" ixtisası üzrə Təhsil Tələbə Krediti (TTK) müqavilələrinin sayına görə ali təhsil müəssisələrinin göstəriciləri açıqlanıb.

AzEdu.az-ın əldə etdiyi məlumata əsasən, bu ixtisas üzrə ən çox TTK müqaviləsi Azərbaycan Dövlət İqtisad Universitetində qeydə alınıb. Universitetdə ümumilikdə 3 310 müqavilə bağlanıb. Onlardan 3 093-ü magistratura, 217-si isə bakalavriat səviyyəsində təhsil alan tələbələrə məxsusdur. Bu ixtisas üzrə universitetdə ayrılan TTK məbləği 4,45 milyon manat təşkil edir.

Siyahıda ikinci yerdə Azərbaycan Texniki Universiteti qərarlaşıb. Universitetdə 1 593 TTK müqaviləsi mövcuddur. Müqavilələrin 1 448-i magistratura, 145-i bakalavriat tələbələrinə aiddir. Ayrılan kredit məbləği 1,65 milyon manatdır.

Azərbaycan Memarlıq və İnşaat Universitetində 869 müqavilə bağlanıb. Bunlardan 754-ü magistratura, 115-i bakalavriat tələbələrini əhatə edir. TTK məbləği 910 min manat təşkil edir

Azərbaycan Kooperasiya Universitetində bu göstərici 809 olub. Universitetdə 282 magistratura və 527 bakalavriat tələbəsi TTK-dan yararlanıb. Ümumi kredit məbləği 690 min manatdır

Odlar Yurdu Universitetində 541 müqavilə qeydə alınıb. Onlardan 460-ı magistratura, 81-i bakalavriat tələbələrinə aiddir. TTK məbləği 520 min manat təşkil edir.

Bakı Mühəndislik Universitetində isə 535 müqavilə bağlanıb. Burada 378 magistratura və 157 bakalavriat tələbəsi TTK alıb. Kreditlərin ümumi məbləği 540 min manatdır.

Bakı Biznes Universitetində 434 TTK müqaviləsi mövcuddur. Bunlardan 133-ü magistratura, 301-i bakalavriat tələbələrinə aiddir. Universitet üzrə ayrılan kredit məbləği 430 min manat təşkil edir.

Xəzər Universitetində 396 müqavilə qeydə alınıb. Burada 382 magistratura və 14 bakalavriat tələbəsi TTK-dan yararlanıb. Ümumi kredit məbləği 510 min manatdır.

Azərbaycan Dövlət Aqrar Universitetində 372 müqavilə bağlanıb. Onlardan 212-si magistratura, 160-ı bakalavriat tələbələrinə aiddir. TTK məbləği 290 min manat təşkil edir.

İlk onluğu Azərbaycan Texnologiya Universiteti tamamlayır. Universitetdə 349 TTK müqaviləsi mövcuddur. Bunlardan 191-i magistratura, 158-i bakalavriat tələbələrinə aiddir. Bu ixtisas üzrə ayrılan kredit məbləği 250 min manatdır.

TƏCİLİ! Türkiyə qırıcıları havaya qaldırdı - Zərbələr endirilir
Son xəbərlərDaha çox