Azedu.az

Bu il keçirilən sertifikasiyada uğur qazanan və kəsilənlərin SAYI

Sertifikasiya

30 İyun 2026, 10:17
Bu il keçirilən sertifikasiyada uğur qazanan və kəsilənlərin SAYI

"2026-cı ildə sertifikatlaşdırmaya cəlb olunan müəllimlərin böyük əksəriyyəti uğur qazanıb".

AzEdu.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində keçirilən “Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil” mövzusunda tədbirdə çıxışı zamanı deyib.

Nazir 2026-cı ildə yeni fənlər üzrə keçirilən sertifikatlaşdırma imtahanlarının nəticələrini açıqlayıb.

Onun sözlərinə görə, cari ildə ümumilikdə 16 938 müəllim sertifikatlaşdırma prosesinə cəlb olunub.

Emin Əmrullayev bildirib ki, tarix fənni üzrə 5 571 müəllimdən 4 194 nəfəri uğur qazanıb, 1 377 nəfər isə uğursuz nəticə göstərib və bu fənn üzrə orta bal 39 olub.

Nazirin sözlərinə görə, fiziki tərbiyə fənni üzrə 5 419 müəllimdən 4 516 nəfər imtahandan keçib, 903 nəfər uğursuz olub və orta bal göstəricisi 41 təşkil edib.

Emin Əmrullayev qeyd edib ki, texnologiya fənni üzrə 2 948 müəllimdən 2 555 nəfəri uğur qazanıb, 393 nəfər isə uğursuz nəticə göstərib və bu fənn üzrə orta bal 45 olub.

Onun sözlərinə görə, təsviri incəsənət fənni üzrə 1 689 müəllimdən 1 405 nəfəri sertifikatlaşdırmadan keçib, 284 nəfər isə uğursuz nəticə alıb və orta bal 43 təşkil edib.

Nazir əlavə edib ki, musiqi fənni üzrə 1 311 müəllimdən 1 041 nəfəri uğur qazanıb, 270 nəfər isə uğursuz olub və orta bal göstəricisi 40 olaraq qeydə alınıb.

Emin Əmrullayev vurğulayıb ki, ümumilikdə yeni fənlər üzrə sertifikatlaşdırma nəticələri müəllimlərin böyük əksəriyyətinin uğur qazandığını göstərir və bu proses təhsildə keyfiyyətin yüksəldilməsinə xidmət edir.

TƏCİLİ! İranda ATIŞMA - Təbrizdə xalq ayağa qalxdı, Ö*LƏNLƏR VAR
Son xəbərlərDaha çox