Azedu.az

RK və Rİ altqruplarında rəqabət artır - keçid balları yüksələcək?

Ali təhsil

1 İyul 2026, 16:49
RK və Rİ altqruplarında rəqabət artır - keçid balları yüksələcək?

“Bu il I ixtisas qrupunda hər iki altqrup üzrə ixtisaslara qəbul zamanı formalaşacaq keçid ballarında dəyişikliklər ola bilər”.

AzEdu.az-a bu sözləri təhsil eksperti Elçin Əfəndi söyləyib.

“Qeyd olunduğu kimi, I və IV ixtisas qruplarının nəticələri artıq elan olunub. Qarşıda isə bizi II cəhd imtahanı gözləyir. Əlbəttə, builki iştirakçı sayını ötən illərlə müqayisəli şəkildə təhlil etsək, görərik ki, iştirakçı sayı kifayət qədər artıb.

Əgər statistikaya baxsaq, I cəhddə iştirak edən 34011 abituriyentdən 25005 nəfəri II cəhddə I ixtisas qrupu üzrə qeydiyyatdan keçib. Eyni zamanda, IV qrup üzrə I cəhddə 6525 nəfər qeydiyyatdan keçmişdisə, II cəhddə bu göstərici 5303 nəfər olub. Müvafiq statistikaları ötən illə müqayisə etsək, keçən il II cəhddə iştirak edən I ixtisas qrupu abituriyentlərinin sayı 24042 nəfər idisə, bu il bu rəqəm 24995 nəfərdir. Demək olar ki, 25 min nəfər civarındadır və bu, artım deməkdir”.

Ötən illə müqayisədə IV qrup demək olar ki, eyni səviyyədə qalıb, I qrupda isə artım müşahidə olunur:

“Ötən il IV ixtisas qrupu üzrə II cəhddə 5632 nəfər iştirak etmişdisə, bu il bu göstərici 5304 nəfərdir. Burada gördüyünüz kimi, IV qrupda imtahan iştirakçılarının sayında 300 nəfərə yaxın azalma var. Amma ümumilikdə ötən illə müqayisədə IV qrup demək olar ki, eyni səviyyədə qalıb, I qrupda isə artım müşahidə olunur. Bu artım hər iki altqrupda qeydə alınıb - həm RK (riyaziyyat və kimya), həm də Rİ (riyaziyyat və informatika) altqrupunda.

Bu isə onu deməyə əsas verir ki, hər iki altqrup üzrə bu il ixtisaslara qəbul zamanı formalaşacaq keçid ballarında dəyişikliklər ola bilər. Bu dəyişikliklər həm abituriyentlərin imtahan nəticələrindən, həm də iştirakçıların sayının çoxluğundan asılıdır. Bu da müsabiqənin daha rəqabətli olacağı ehtimalını artırır”.

TƏCİLİ! Türkiyə qırıcıları havaya qaldırdı - Zərbələr endirilir
Son xəbərlərDaha çox