“İdman və intellektual fəaliyyətlə məşğul olan uşaqların mənimsəmə göstəriciləri 35% daha yüksəkdir”.8
AzEdu.az xəbər verir ki, bu sözləri “BilBacar” müsabiqəsinin 2025/2026-cı tədris ili üzrə qaliblərinin mükafatlandırılması mərasimində elm və təhsil nazirinin müavini Firudin Qurbanov bildirib.
Nazir müavini qeyd edib ki, müasir dövrdə informasiya bolluğu və texnologiyaların geniş istifadəsi fonunda şagirdlərin intellektual və yaradıcılıq fəaliyyətlərinə cəlb olunması xüsusi əhəmiyyət daşıyır:
“Müasir dövrdə, xüsusilə informasiyaların həddindən artıq çoxluğu və müasir texnologiyaların geniş istifadəsi şəraitində uşaqların intellektual oyunlarda, eləcə də idman və incəsənət sahələrində aktiv iştirak etməsi olduqca böyük əhəmiyyətə malikdir. İdmanla məşğul olan və intellektual oyunlarda iştirak edən uşaqların hansı idman və ya incəsənət növü olmasından asılı olmayaraq digər şagirdlərlə müqayisədə mənimsəmə göstəriciləri 35 faiz daha yüksək olur. Bunu elmi araşdırmalar da təsdiqləyir.
Bu baxımdan, şagirdlərimizin belə intellektual yarışmalarda iştirakı sevindirici haldır”,- deyə Firudin Qurbanov vurğulayıb.