Dövlət ümumtəhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırılması üzrə test imtahanı mərhələsi başa çatıb.
Sertifikasiya imtahanında yüksək nəticə əldə edən müəllimlər arasında Kəlbəcər rayonu 84 nömrəli tam orta məktəbin müəllimləri də xüsusi uğurları ilə seçiliblər.
AzEdu.az həmin müəllimləri təqdim edir:
Məktəbin informatika müəllimi Məryəm Əhmədova sertifikasiya imtahanında 54 bal toplayaraq məktəb üzrə ən yüksək nəticəni əldə edib.

Texnologiya müəllimi Məshəti Məmmədova da sertifikasiya imtahanında uğurlu nəticə əldə edib. O, imtahanda 52 bal toplayaraq yüksək nəticə göstərib.

Məktəbin tarix müəllimi Tünzalə Əzimova sertifikasiya imtahanında yüksək nəticə göstərərək 51 bal toplayıb.

Yüksək bal toplayan müəllimlər arasında məktəbin fiziki tərbiyə müəllimi Leylixanım Fərzəliyeva da yer alıb. O, sertifikasiya imtahanında 45 bal toplayıb.
