Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-23 17:00:00
ABŞ-da oxumaq istəyənlərin verməli olduğu vacib imtahan- Buradan öyrənin  

Gənclərin xarici ölkədə təhsil alması üçün müxtəlif beynəlxalq imtahanlar tələb olunur.

AzEdu.az bu dəfə ACT imtahanı  haqqında zəruri məlumatları təqdim edir:

Amerika Birləşmiş Ştatlarının ali təhsil müəssisələrində oxumaq istəyən şəxslərdən orta məktəb nailiyyətləri haqqında sənəd (GPA), müəllimlərin zəmanəti, inşa yazı işi, SAT ilə yanaşı, ACT imtahanının nəticələri də tələb olunur.

ACT (Amerika kollec testi) imtahanı ilk dəfə  1959-cu ildə keçirilib. 2012-ci ildən etibarən SAT imtahanı ilə müqayisədə ACT-də iştirak edənlərin sayı daha çoxdur.

ACT imtahanı  ingilis dili, riyaziyyat, oxu, yazı, fənn olmaqla 5 bölmədən ibarətdir.  İmtahan iştirakçılarına ingilis dili üzrə 75(45 dəqiqə), riyaziyyat 60(60 dəqiqə), oxu 40(35 dəqiqə), fəndən isə 40(35 dəqiqə) sual verilir.

ACT imtahanı ümumilikdə  215 sualdan ibarətdir. İmtahan isə təxminən 3 saat 30 dəqiqə davam edir.

Bu imtahanda iştirak etmək istəyənlər mütləq şəkildə onlayn qeydiyyatdan keçməlidirlər. ACT imtahanında iştirak etmək üçün yaş məhdudiyyəti yoxdur. Ancaq ACT imtahanında ən çox 12 dəfə iştirak etmək mümkündür.

ACT bütün ölkələrdə, adətən, sentyabr, oktyabr, noyabr, aprel və iyun ayları daxil 5 dəfə keçirilir.

İmtahana girdiyiniz zaman mütləq lazım olanlar:

-Giriş sənədi;

-Şəxsiyyət vəsiqəsi;

-2 diyircəkli qələm və pozan;

-kalkulyator.

ACT imtahanın verdiyiniz tarixdən etibarən 3-8 həftə sonra nəticələriniz açıqlanır. İmtahan nəticələrinizi də onlayn olaraq öyrənə bilərsiniz.

Qeyd edək ki, aşağıda göstərilən linkdə ACT imtahanında onlayn qeydiyyatı üçün pulsuz hesab yaradılıb.

http://www.act.org/

Günel Yaşarqızı
Müəllifin digər yazıları