"İlin Gənc Müəllimi-2022" müsabiqəsinin qalibi Orxan Əhmədov 5 Oktyabr- Müəllim Günü münasibətilə Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilib.
AzEdu.az xəbər verir ki, İsmayıllı rayonunda fəaliyyət göstərən tarix müəllimi Orxan Əhmədov müəllimlik fəaliyyətinə verilən yüksək dəyərə görə Fəxri Fərmana layiq görülüb.
Müəllim sosial media hesabında təltiflə bağlı təəssüratlarını bölüşüb:
“5 Oktyabr- Müəllim Günü münasibətilə Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanına layiq görülmək mənim üçün böyük qürur və sevincdir.
Mənə göstərilən etimada və bu yüksək dəyərləndirməyə görə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə, Dağlıq Şirvan Regional Təhsil İdarəsinə və İsmayıllı Rayon Təhsil Sektoru rəhbəri Rəşid müəllimə dərin təşəkkürümü bildirirəm.
Bu mükafatı müəllimlik fəaliyyətimə verilən böyük dəyər və bundan sonrakı fəaliyyətim üçün əlavə məsuliyyət kimi qəbul edirəm.
Müəllim əməyinə göstərilən diqqət və etimad üçün minnətdaram”.
Qeyd edək ki, Orxan Əhmədov “İlin Gənc Müəllimi-2022” müsabiqəsinin qalibi olub.