Azedu.az

Dərs bölgüsü üstündə müəllim həmkarını döydü - ARAŞDIRMA BAŞLADI

Müəllimlər və elm adamları

1 Oktyabr 2026, 12:38
Dərs bölgüsü üstündə müəllim həmkarını döydü - ARAŞDIRMA BAŞLADI

Ağstafa şəhər Əmirxan Hüseynov adına 1 nömrəli tam orta məktəbdə müəllimlər arasında qalmaqal yaşanıb.

AzEdu.az xəbər verir ki, sözügedən məktəbin ibtidai sinif müəllimi - 1981-ci il təvəllüdlü P. Məmmədova qolunun əzilmiş və cırılmış yarası diaqnozu ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib, hazırda vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, P.Məmmədova müəllim yoldaşı S.Əhmədova ilə məktəbdə dərs bölgüsü üstündə mübahisə ediblər. Zərərçəkən P.Məmmədovanın sözlərinə görə, onu məktəbdə müəllim yoldaşı olan S.Əhmədova döyərək xəsarət yetirib.

Hadisə ilə bağlı araşdırma aparılır.

10:00

Ağstafa şəhər Əmirxan Hüseynov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində baş verdiyi iddia olunan hadisə ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsi, məktəb rəhbərliyi və hüquq-mühafizə orqanları tərəfindən mövcud qaydalar çərçivəsində lazımi addımlar atılır.

Bu barədə AzEdu.az-ın sorğusuna cavab olaraq, Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib

Bildirilib ki, səsləndirilən bütün iddialarla bağlı araşdırma aparılır və araşdırmanın nəticələrinə uyğun olaraq müvafiq tədbirlər görüləcək.

Türkiyə sərhədinə raketlər yığıldı - İsraildən şok addım
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox