Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-06 16:24:56
Azərbaycanlı alimin layihəsi beynəlxalq müsabiqədə qalib gəlib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mikrobiologiya İnstitutunun mikroorqanizm kulturalarının kolleksiyası laboratoriyasının müdiri, dosent Yamən Atakişiyevanın “Tərəvəz bitkilərinin kök sisteminə yoluxmuş fitopatogenlərə qarşı Bacillus və Trichoderma cinslərindən olan mikroorqanizmlərin antaqonist təsirinin sinergetik potensialı” layihəsi ikinci Azərbaycan-Belarus beynəlxalq qrant müsabiqəsinin qalibi olub.

AzEdu.az AZƏRTAC-a istinadən xəbər verir ki, müsabiqə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Belarus Fundamental Tədqiqatlar Fondu tərəfindən təşkil edilib.

Bu ilin aprelində layihənin maliyyələşdirilməsi nəzərdə tutulduğundan artıq elmi-tədqiqatlara başlanılıb. Tədqiqat işi iki ilə həyata keçiriləcək.

Layihənin əsas məqsədi tərəvəz bitkilərinin yetişdirilməsi zamanı kökdə yayılan fitopatogen mikroorqanizmlərin nəzarəti üçün yüksək fəallığa malik Trichoderma cinsindən olan saprotrof mikroskopik göbələk və Bacillus cinsindən olan bakteriya ştamlarından birgə istifadənin potensial imkanını öyrənməkdir. Mövzu Belarus və Azərbaycanın elmi-texniki və ictimai-iqtisadi inkişafının prioritet istiqamətlərinə tam uyğun gəlir. Qarşıya qoyulan məqsədə nail olmaq üçün kontrol agentlər qismində seçilən mikrorqanizm ştamlarının pomidor, xiyar və bibərə fitopatogenlərin vurduğu zərərin azaldılmasına, həmçinin tərəvəzlərin inkişaf və artım göstəricilərinə təsiri də öyrəniləcək.

Elmin İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilən qrant müsabiqələri Azərbaycanda elmin inkişafını dəstəkləməklə yanaşı hər iki ölkənin təsərrüfatının inkişafında müəyyən rol oynayacaq.