https://www.zirve.edu.az/
28.02.2019 17:00
Bütün dünyanın yararlandığı ən sərfəli təhsil növü – Niyə faydalanmırıq?
Çap et

Distant təhsil tədris prоsesinin elektrоn, telekоmmunikasiya, prоqram-teхniki vasitələr  əsasında təşkil оlunduğu fоrmasıdır.

 Distant təhsilin məqsədi müasir informasiya texnologiyalarından istifadə etməklə, tələbələrin ixtisasının artırılmasıdır. Avropanın bir çox ölkələrində bu təhsil formasından geniş istifadə olunur. Belə ki, bu, Boloniya təhsil sistemində də əksini tapıb.

Son illər distant təhsilin populyarlığı kəskin şəkildə artıb. Bu, əhalinin bütün təbəqələri üçün ən münasib və baha olmayan təhsil formasıdır.

Maraqlıdır, bəs distant təhsilin üstünlük və çatışmazlıqları nələrdir?

AzEdu.az bununla bağlı xaricdə təhsil məsələləri üzrə mütəxəssis Fuad Hacıyevin fikrini öyrənib. Onun sözlərinə görə, distant təhsilin ən birinci mənfi cəhəti tələbələrin təhsil ocaqlarındakı dərs prosesinə birbaşa iştirak etməməsidir:

“Distant təhsil almaq istəyənlər daha çox MBA ixtisası üzrə müraciət edənlərdir. Distant təhsil diplomu  Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanınarsa,  ölkəyə bir çox universitetlərin gəlməsini təmin edə bilər. Eyni zamanda, gənclərimizə  xarici ölkələrin universitetlərindən məzun olmaq şansı yaradar.

Distant təhsil almaq istəyənlər “təhsilli” olmaq istəyirlərsə, diplomun tanınması kimi bürokratik prosesə vaxt sərf etməsinlər”.

Qeyd edək ki,  distant təhsilin əsas xüsusiyyətlərindən biri də, ölkədən kənar çıxmadan xarici universitetlərin diplomunu əldə edə bilməkdir. Tələbələr bu təhsil vasitəsilə həm bakalavr, həm də magistr səviyyəsində oxuya bilərlər. Distant təhsil dünyanın inkişaf etmiş və etməkdə olan bütün ölkələrində tətbiq olunur. Universitetlər tədris prosesini internet üzərindən həyata keçirərək virtual şəbəkə vasitəsilə insanların elektron təhsil almasına şərait yaradır.

 

 

 

 

 

Günel Yaşarqızı
Müəllifin digər yazıları