Azedu.az

Yeni tədris ilində ən böyük problem AÇIQLANDI - Sorğu nəticələri

AzEdu Təhsil Platforması

1 Oktyabr 2026, 18:27
Yeni tədris ilində ən böyük problem AÇIQLANDI - Sorğu nəticələri

AzEdu.az yeni tədris ilinin ilk günlərində şagird, tələbə, müəllim və valideynlərin üzləşdiyi əsas problemləri müəyyənləşdirmək məqsədilə oxucular arasında sorğu keçirib.

Sorğuda iştirak edən oxuculara “Yeni tədris ilinin ilk günlərində üzləşdiyiniz ən ciddi problem hansıdır?” sualı ünvanlanıb.

Sorğunun nəticələrinə əsasən, iştirakçıların 52 faizi yeni tədris ilinin ilk günlərində qarşılaşdıqları əsas problem kimi uzun tıxaclar və ictimai nəqliyyat problemini göstərib.

Sorğunun nəticələri:

Uzun tıxaclar və ictimai nəqliyyat problemi - 52%

Təhsil xərclərinin artması və bunun ailə büdcəsinə təsiri - 28%

Şagird və tələbələrin davranışlarındakı ciddi pozuntular - 8%

Oxuduğum təhsil müəssisəsində şəraitin və resursların çatışmazlığı - 4%

Tədris proqramındakı pərakəndəlik və tədrisin təşkilindəki boşluqlar - 4%

Məktəbli forması və dərslik problemi - 4%

Yeni tədris ilinə adaptasiya ola bilməmək və psixoloji gərginlik - 0%

Sinif və auditoriya çatışmazlığı, şagird və tələbə sıxlığı - 0%

Oxuduğum məktəbin, universitetin, kollecin və s. yeni təhsil mövsümünə tam hazır olmaması - 0%

Təhsil müəssisələrində təhlükəsizlik problemi - 0%

Ramiz Mehdiyevlə bağlı şok açıqlama - Onu məcbur edərək..
Son xəbərlərDaha çox