Azedu.az

ARTİ xarici dil fənni üzrə illik plan nümunələri hazırlayıb

Təhsil Nazirliyi

2 Oktyabr 2026, 08:33
ARTİ xarici dil fənni üzrə illik plan nümunələri hazırlayıb

2026/2027 tədris ilində ümumi təhsil müəssisələrinin 1-ci və 2-ci siniflərində əsas xarici dil fənninin həftəlik tədris saatı artırılıb.

AzEdu.az xəbər verir ki, bu ildən etibarən uşaqlar həftədə 1 saat deyil, 2 saat xarici dil öyrənəcəklər.

Dərs saatının artması ilə əlaqədar olaraq xarici dil müəllimlərinə (ingilis dili) metodiki dəstək məqsədilə ARTİ tərəfindən tövsiyə xarakterli illik plan nümunələri hazırlanıb. Sənədə hər sinif üzrə 1 dərsi əhatə edəcək gündəlik dərs icmalı da əlavə edilib.

Qeyd edək ki, bu fəaliyyətin davamı olaraq yaxın günlərdə xarici dil müəllimləri üçün silsilə vebinarların təşkilinə başlanılacaq.

Materiallar: 

1-ci sinif İngilis dili-illik plan 2026-2027

2-ci sinif İngilis dili-illik plan 2026-2027

Grade 1-Unit 2-Lesson plan

Grade 2-Unit 2-Lesson 1 Part 1

Grade 2-Unit 2-Lesson 1 Part 2

TƏCİLİ! Moskvada dəhşətli partlayış - Ö*lənlər var
Son xəbərlərDaha çox