Azedu.az

Bəzi yerlərdə leysan yağır, şimşək çaxır - FAKTİKİ HAVA

Maraqlı

2 Oktyabr 2026, 10:29
Bəzi yerlərdə leysan yağır, şimşək çaxır - FAKTİKİ HAVA

Oktyabrın 2-si saat 10:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AzEdu.az-a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin axşamdan bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır. Gecə saatlarında Kəlbəcərin yüksək dağlıq ərazilərinə sulu qar yağıb.

Düşən yağıntının miqdarı Balakəndə 46, Zaqatalada 26, Sarıbaşda (Qax) 16, Şəkidə 12, Tovuzda 7, Lerikdə 6, Gədəbəy, Ordubad, Şahbuzda 5, Culfada 4, Oğuz, Qusar, Daşkəsəndə 3, Şərur, Sədərək, Quba, Şahdağda 2, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa, Xankəndi, Şabran, Naftalan, Naxçıvan, Göygöl, Şəmkir, Goranboy, Ağstafa, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Yardımlı, Lənkəranda 1 mm-dir.

TƏCİLİ! Moskvada dəhşətli partlayış - Ö*lənlər var
Son xəbərlərDaha çox