Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-02 10:29:00
İtaliyada təhsillə bağlı ən çox verilən suallar – Cavablar

İtaliya universitetləri dünyada rəqabətə davamlı və yüksək səviyyədə ixtisaslaşmış kadrlar hazırlayan ali təhsil müəssisələri kimi tanınır.

Son illərdə burada təhsil almaq istəyənlərin sayı isə durmadan artır.

AzEdu.az tələbatı nəzərə alaraq İtaliyada təhsillə bağlı ən çox verilən sualları və onların cavablarını təqdim edir:

-İtaliyada bakalavr pilləsində təhsil almaq istəyirəm. Bilmək istərdim ki, burada ingilis dilində  təhsil almaq üçün proqramlar var?

-Bəli, İtaliya universitetlərində ingilis dilində də təhsil almaq üçün proqramlar mövcuddur.

-Hazırda XI sinifdə təhsil alıram. Təqaüdlü bakalavr təhsili qazanmaq üçün IELTS imtahanından göstəricim nə qədər olmalıdır?

-İtaliyada təhsil almaq üçün ilk növbədə Azərbaycanda  1 il bakalavr təhsili almalısınız. IELTS göstəricisi minimum 6.5 bal olmalıdır.

 -Bəs biznes ixtisası üzrə təqaüdlü təhsil almaq üçün IELTS və GPA imtahanlarından neçə bal tələb olunur?

-GPA və İELTS təqaüdlü təhsildə deyil, İtaliya universitetlərinə qəbulda rol oynayır.  Təqaüd təyin olunarkən əsasən, tələbənin maddi durumu nəzərə alınır.

-Universitetlərdə yataqxanadan istifadə etmək  ödənişlidir?

-Əgər təqaüd qazanmamısınızsa, yataqxana ödənişlidir. 

-La Sapienza Universitetində ödənişsiz tibb təhsili almaq istəyirəm. Bunun üçün nə etməliyəm?

-İtaliyada ödənişsiz tibb təhsili almaq mümkün deyil.

-Hazırda III kurs tələbəsiyəm.  Magistraturanı İtaliyada oxumaq üçün tələblər nələrdir?

-Burada təhsil almaq üçün ilk növbədə IELTS imtahanında iştirak vacibdir.  Təhsil  haqqı 3000 avrodan başlayır.

-Tələbəyəm və ortalama balım 62-dir. Bu balla İtaliyada təqaüdlü təhsil ala bilərəm?

-Təəssüf ki, xeyr.

Qeyd edək ki, sualları “CELT” xaricdə təhsil mərkəzinin məsləhətçiləri cavablandırıb.

Günel Yaşarqızı
Müəllifin digər yazıları