Azedu.az

Süni İntellekt İnstitutunun yaradılması niyə vacibdir?

Təhsil ekspertləri

27 İyul 2026, 15:03
Süni İntellekt İnstitutunun yaradılması niyə vacibdir?

"Süni İntellekt İnstitutunun yaradılması çox vacib və vaxtında verilmiş qərardır".

Bu sözləri AzEdu.az-a açıqlamasında elm və təhsil eksperti Səbuhi Abdullayev deyib.

187263

"Düşünürəm ki, elm və təhsil sahəsində süni intellektlə bağlı bütün fəaliyyətlərin vahid institut tərəfindən koordinasiya olunması bu istiqamətdə görülən işlərin daha sistemli, səmərəli və təhlükəsiz həyata keçirilməsinə imkan yaradacaq.

Bu addımın ən böyük üstünlüklərindən biri isə insan kapitalının inkişafına verəcəyi töhfə olacaq. Gələcəyin peşələri, yeni bacarıqlar və innovativ düşüncə məhz süni intellektlə sıx bağlıdır. Ona görə də bu sahəyə bu gündən investisiya qoymaq gələcəyə investisiya qoymaq deməkdir.

Artıq texnologiyanın inkişaf sürəti elə həddə çatıb ki, yalnız insan zəkasına arxalanmaq kifayət etmir. Süni intellekt insanı əvəz etmək üçün deyil, onun imkanlarını artırmaq üçündür. Bu alətlərdən düzgün istifadə edən cəmiyyətlər daha sürətlə inkişaf edəcək, istifadə etməyənlər isə geridə qalmaq riski ilə üzləşəcəklər.

Məncə, maraqlı məqamlardan biri də budur ki, sənaye inqilabları arasındakı zaman getdikcə qısalır. Bunu sadə bir misalla izah etmək olar: yuxarıdan atılan tennis topu hər dəfə yerə dəyəndən sonra növbəti toxunuşunu daha qısa müddətdə edir. Texnoloji inkişaf da buna bənzəyir – dəyişikliklər artıq əvvəlkindən qat-qat sürətlə baş verir.

Bu səbəbdən süni intellektə sadəcə yeni texnologiya kimi yox, ölkənin elmi, təhsili və iqtisadi inkişafının əsas istiqamətlərindən biri kimi yanaşmaq lazımdır.

Süni intellekt artıq seçim deyil, inkişafın əsas hərəkətverici qüvvəsidir".

Putinin QORXULU PROQNOZU: Avropanın 3 ölkəsi Ukraynanı İŞĞAL EDƏCƏK
Son xəbərlərDaha çox