Azedu.az

Təhsil ekspertləri bu dəfə futboldan DANIŞDI: FIFA-da hansı ölkələri dəstəkləyirlər?

Təhsil ekspertləri

11 İyun 2026, 13:14
Təhsil ekspertləri bu dəfə futboldan DANIŞDI: FIFA-da hansı ölkələri dəstəkləyirlər?

Bu gündən etibarən 2026-cı il FIFA Dünya Çempionatı start götürür. Turnir tarixində ilk dəfə olaraq Dünya Çempionatında 48 ölkənin milli komandası mübarizə aparacaq.

AzEdu.az bu münasibətlə təhsil ekspertləri arasında sorğu keçirib. Onlara “Finalda hansı ölkənin qalib olacağını düşünürsünüz?” və “Hansı komandaya azarkeşlik edirsiniz?” sualları ünvanlanıb.

Bu sorğunu keçirməkdə məqsədimiz saytımızın oxucuları arasında, xüsusilə imtahan dövrünün yaratdığı stressi bir qədər azaltmaq və ekspertlərin maraqlı fikirlərini paylaşmaqdır.

Sorğumuza cavab olaraq Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirib ki, onun sevimli komandası uşaqlıq dövründən bəri Braziliya millisidir:

İlqar Orucov: Türkiyə-Azərbaycan Universitetində texniki və tibb  ixtisasları üzrə kadr hazırlığının həyata keçirilməsi nəzərdə tutulur -  AZƏRTAC

“Bu mövzu mənim üçün daha maraqlıdır ona görə ki, mən də zamanında həvəskar olaraq yaxşı futbol oynayırdım. Eyni zamanda uzun illərdir bu kimi beynəlxalq turnirləri izləyirəm. Təbii ki, mənim üçün sevimli bir komanda var və o komanda Braziliya millisidir. Uzun illərdir, hətta uşaqlıq dövründən başlayaraq bu komandaya azarkeşlik edirəm.

Builki çempionatda finalın qalibini proqnozlaşdırmaq çətindir, çünki kifayət qədər güclü komandalar iştirak edir. Fransa təcrübəli heyəti ilə, Braziliya fərdi hücum istedadı ilə, İngiltərə gənc və dinamik oyunçuları ilə çempionluğa iddialıdır. Eyni zamanda Argentina son çempion kimi titulunu qorumağa çalışacaq, İspaniya taktiki nizamı və gənc istedadları ilə, Portuqaliya isə balanslı heyəti ilə fərqlənir. Sürpriz nəticələr də istisna deyil”.

Peşəkar futbolçular meydanda təzyiqi idarə etdikləri kimi, gənclər də imtahan zamanı soyuqqanlı qalmağı bacarmalıdırlar:

“Hesab edirəm ki, imtahan dövründə və yay məzuniyyəti zamanı bu turnir gənclər üçün stresi azaltmaq və xoş vaxt keçirmək baxımından yaxşı bir fürsətdir. 2026 FIFA Dünya Çempionatının imtahan dövrünə təsadüf etməsini psixoloji baxımdan faydalı bir imkan kimi dəyərləndirirəm və bunu şəxsi təcrübəmə əsaslanaraq deyirəm.

Bu turnir gənclərin həm intellektual inkişafı, həm də stressin idarə olunması baxımından əhəmiyyətlidir. Futbol sadəcə idman deyil, eyni zamanda taktiki düşüncə və strategiyanın idarə olunduğu bir prosesdir.
Eyni zamanda, imtahan həyəcanı yaşayan gənclərə bu turnirdən iki əsas dərs götürməyi tövsiyə edərdim: stressin idarə olunması və dözümlülük. Futbolçular böyük matçlarda təzyiqi necə idarə edirlərsə, gənclər də imtahan zamanı eyni soyuqqanlılığı qorumağa çalışmalıdırlar.

Futbol oyunları həm də qısa müddətli zehni istirahət və stressin azaldılması üçün effektiv vasitədir. Bundan əlavə, uğurun yalnız istedadla deyil, uzunmüddətli hazırlıq və nizam-intizamla əldə olunduğunu göstərir. Bu baxımdan futbol həm emosiyaların idarə olunması, həm strateji düşüncə, həm də komanda ruhunun inkişafı üçün vacib bir sahədir. Fikrimcə, azarkeşlər də futbolu məhz bu prizmadan izləyəcək və sevimli komandalarına dəstək göstərəcəklər”.

AzEdu Təhsil Platformasının icraçı direktoru Elmin Nuri qeyd edib ki, bu Dünya Çempionatında onun favoriti qardaş Türkiyə yığmasıdır:

184636

"Bu dünya çempionatında favoritim təbii ki, qardaş Türkiyə yığmasıdır. Türkiyə milli komandasının hazırkı heyəti, komanda ruhu və sərgilədiyi praqmatik futbol azarkeşlik gözləntisini daha da artırır. Odur ki, onların yarımfinal mərhələsinədək irəliləməsini çox istərdim. Arda Gülər, Kənan Yıldız, Barış Alper kimi futbolçuların dünya çapında özlərini daha yaxşı göstərmələrinə və futbolun TOP ulduzlarına çevrilmə şansları da az deyil. Yetər ki, komandada emosional çöküş, taktiki boşluqlar və komandalara qarşı strateji hazırlıq səviyyəsi getdikcə azalmasın. Baş məşqçi Montelladan bu məsələdə daha şey asılıdır”.

Elçin Əfəndinin sözlərinə görə, o, türk dilli ölkələrin çempion olmasını arzulasa da, əsas favoriti İspaniyadır:

Əlaqə

“Artıq dünya çempionatı başlayır. Bu, həmişə arzuladığım çempionat olub. Uşaqlıqdan oturub izləyirdik. Oyunlara baxdıqdan sonra məktəbin stadionuna gedib özümüz üçün futbol oynayırdıq. Səhər tezdən axşama qədər stadionda olardıq, axşam isə yenidən oturub çempionat oyunlarına baxardıq. Xüsusilə də bizi sevindirən məqamlardan biri 2002-ci il Dünya Çempionatında Türkiyə millisinin üçüncü yeri qazanması idi. Həmin dövr çox maraqlı keçirdi.

Demək olar ki, futbola həvəsimin yaranmasının əsas səbəbi isə Ronaldo Nazário olub. Futbolu onun sayəsində sevmişəm və uzun müddət futbol oynamışam. Düzdür, indi futbolçularda olduğu kimi məndə də dizlə bağlı problem yaranıb. Buna görə də artıq bir müddətdir futbol oynaya bilmirəm. Oynasam da, çox az oynayıram.

Bu dünya çempionatında, ümumiyyətlə, dəstəklədiyim komanda dünya ölkələri arasında ilk növbədə Türkiyədir, bir də Argentinadır. Argentina artıq bir neçə dəfə dünya çempionu olub və mən Messinin də çempion olmasını istəyirdim. O da buna nail oldu. Ona görə də ilk növbədə dəstəklədiyim komanda, təbii ki, Türkiyədir. Daha sonra digər türk dilli dövlət olan Özbəkistan var. Özbəkistanı da dəstəkləyirəm.

Bundan sonra isə, təbii ki, əgər bunlar olmasa, Argentina gəlir. Argentina da olmadığı halda növbəti dəstəklədiyim komanda İngiltərə və İspaniya yığmasıdır. Yəni bu komandalara daha çox azarkeşlik edirəm. Hətta favorilərim arasında İspaniya demək olar ki, ön sıralarda dayanır. Söhbət konkret çempion olmaq ehtimalından gedirsə, Türkiyənin çempion olmasını arzulayıram, Özbəkistanı da həmçinin. Amma konkret favoritimi desəm, bu, İspaniyadır”.

Türkiyə milli komandasını dəstəkləyənlərdən biri də Elçin Süleymanovdur:

Elçin Süleymanov Milli Observatoriyanın İdarə Heyətinə sədr müavini təyin  edildi

“Dəstəklədiyim komanda qardaş ölkə Türkiyənin milli komandasıdır və onun finalda oynamasını arzu edirəm”.

Vüsət Əzizovun sözlərinə görə, o, xüsusi bir milli komandaya azarkeşlik etməkdən daha çox baxımlı futbol izləməyi və sürpriz nəticələr görməyi üstün tutur:
184926

“2026 FIFA Dünya Çempionatının futbol azarkeşləri üçün maraqlı və gərgin keçəcəyini düşünürəm. Turnir ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçiriləcək və tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə baş tutacaq.
Favoritlər sırasında son çempion Argentina, Fransa, Braziliya, İngiltərə və İspaniyanı görürəm. Finalda İspaniyanın qalib gələcəyini söyləyənlərin sayı daha çoxdu. Çünki son illərdə nümayiş etdirdikləri sistemli oyun və gənc futbolçuların sürətli inkişafı onları əsas namizədə çevirir. 

Dəstəklədiyim komandaya gəlincə, televiziyadan izlədiyim ilk Dünya Çempionatı 2002-ci ildə olub və həmin vaxt 8 yaşım var idi. Braziliya yığma komandasını dəstəkləyirdim. Xüsusən də Fenomen Ronaldo nümayiş etdirdiyi oyunla mənim kimi bir çox uşağın sevimli futbolçusuna çevrilmişdi. Hətta bir vaxtlar Ronaldonun məşhur saç düzümünü də etdirmişdim. 

Ronaldo Luis Nazario de Lima: Türkiye maçı sonrası sakatlığımı gizlemek  için saçımı kestim

Bu çempionatda isə xüsusi bir milli komandaya azarkeşlik etməkdən daha çox baxımlı futbol və sürpriz nəticələr görməyi sevirəm. Bu baxımdan qardaş ölkə Türkiyə yığmasından xoş sürpriz gözləmək olar və təbii ki, qardaş ölkəni də dəstəkləyəcəm.  Bununla belə, futbolun beşiyi olan, futbol ənənəsi və azarkeş mədəniyyətinə görə İngiltərənin oyunlarını xüsusi maraqla izləyirəm. İngiltərənin çempion, Harri Keynin isə “Qızıl buts” mükafatının sahibi olacağını düşünürəm.

Ümid edirəm ki, Dünya Çempionatı imtahan dövrünün yaratdığı gərginliyi bir qədər azaltmağa və insanlara xoş emosiyalar yaşatmağa kömək edəcək. Oyunların bir qisminin Bakı vaxtı ilə gecə saatlarına və ya sübh tezdənə təsadüf etməsi televiziya auditoriyasına müəyyən təsir göstərə bilər. Lakin düşünürəm ki, əsl futbolsevərlər üçün bu, ciddi problem yaratmayacaq”.  

Elçin Muradın fikrincə çempionluğa əsas namizəd olan 4-5 komanda var:



“Мən elə düşünürəm ki, 4-5 komanda daha çox namizəddir. Argentina, Braziliya, Fransa, İngiltərə və İspaniya. Çünki daha çox bu komandalarda peşəkar, təcrübəli və ulduz oyunçular yer alır”.

Ramin Nurəliyev hazırda İspaniyanı çempionluğa daha real namizəd kimi gördüyünü bildirib:

Sertifikasiya imtahanını keçən müəllimləri növbəti mərhələdə nə gözləyir?

“Mən hazırda Türkiyə millisinin tərəfdarıyam, yəni izləyirəm və dəstəkləyirəm. Türkiyə millisindən də ümidlərim çoxdur. Amma çempion olaraq hazırda İspaniyanı daha real görürəm. Yəni İspaniya çempionluğa daha real namizəd kimi görünür. Amma Türkiyə çempion olarsa, çox sevinərəm”.

Səbuhi Abdullayev qeyd edib ki, futbolun hazırkı gedişatı Fransa və Braziliya yığmalarının çox güclü olduğunu göstərsə də, onun əsas arzusu Portuqaliya yığmasının dünya çempionu olmasıdır:

168424

“Təbii ki, idman, xüsusən də futbol hər kəsin demək olar ki, diqqət mərkəzindədir. Biz də təhsil işçiləri olaraq daim həm Çempionlar Liqasını, həm doğma komandalarımızı, eyni zamanda dünya çempionatını yaxından izləyirik. Təbii ki, bu suala cavab olaraq bildirmək istəyirik ki, daha çox istəyərdik ki, Portuqaliya yığması dünya çempionu olsun. Çünki Kriştiano Ronaldonun demək olar ki, bütün titulları var, sadəcə dünya çempionluğu titulu yoxdur. Bu bizim istəyimizdir. Ancaq gedişat göstərir ki, Fransa və Braziliya yığmaları çox güclü şəkildə hazırlaşıblar. Xüsusilə Fransanı qeyd etmək istərdim. Sonuncu Çempionlar Liqasında da bunu açıq şəkildə gördük, Fransa klubunun qalib olması bunu sübut edir.

Uşaqlarımıza və tələbələrimizə yay semestri imtahanlarında uğurlar arzulayırıq. Onlara müvəffəqiyyətlər diləyirik. İmtahan stressindən uzaqlaşmaları üçün mümkün olduğu qədər futbola da baxmalarını tövsiyə edirik. Düşünürük ki, onlar semestr ərzində öyrəndiklərini qısa müddətdə təkrarlayaraq yaxşı nəticələr göstərəcəklər”.

Elmin Yaqubbəylinin sözlərinə görə, turnirin favoritləri bəlli olsa da, Hollandiya, Türkiyə və Mərakeş kimi komandalar gözlənilməz nəticələrə imza ata bilərlər:

184353

“Dünya çempionatında favorit kimi gördüyüm komandalar İspaniya, Portuqaliya və Fransadır. Çünki bu komandaların çox güclü heyətləri var. Bununla yanaşı, dünya çempionatlarında həmişə gözləniləndən daha yaxşı nəticələr göstərən komandalar da olur. Məsələn, Hollandiya yığmasını qeyd etmək olar. Çünki tarixən də görmüşük ki, hətta ən güclü heyətə malik olmadığı dövrlərdə belə zaman-zaman sürpriz nəticələr əldə edə bilib. Belə demək mümkünsə, Hollandiya dünya çempionatlarının ənənəvi sürpriz komandalarından biridir.

Məsələn, son dünya çempionatında Mərakeş sürpriz etmişdi. Bu dünya çempionatında isə Türkiyə və yenidən Mərakeşin sürpriz edə biləcəyini düşünürəm. Sürpriz deyəndə çempionluğu nəzərdə tutmuram. Daha çox yarımfinala, yaxud da turnirin son mərhələlərinə yüksəlmək kimi nəticələri nəzərdə tuturam.

Amma ümumi heyət baxımından - müdafiə, yarımmüdafiə, cinahlar və hücum xəttini nəzərə alsaq, düşünürəm ki, ən güclü komandalar Fransa, Portuqaliya və İspaniyadır. İndi yenə də Messi amilinə görə Argentina deyənlər olacaq. Amma mənim fikrimcə, Argentinanın hazırkı heyəti əvvəlki dövrlərlə müqayisədə o qədər də güclü deyil”.

Məzahir Məmmədli futbol azarkeşi olmasa da, Türkiyənin ən azı ilk beşlikdə olmasını görmək istədiyini bildirib:

Universitetlərdə 1 bala görə kəsilməyə son qoyulur? - Açıqlama  

"Xüsusi olaraq qeyd edim ki, futbola çox ciddi azarkeşlik etmirəm. Amma elə məqamlar var ki, bizim milli yığmamız və ya ölkə səviyyəli klublarımız beynəlxalq arenada mübarizə aparanda, onlara məmnuniyyətlə dəstək oluram. Dünya çempionatı ilə bağlı isə təbii ki, ürək istəyər ki, Türkiyə bu yarışda öndə olsun və ya ən azı finala qədər yüksəlsin. Necə ki, bir dəfə artıq finala qədər gəlib çıxıb. Amma açığı desəm, digər ölkələrə xüsusi azarkeşliyim yoxdur. Bununla belə, hər kəsin haqqını vermək lazımdır. Bu çempionatda Türkiyənin ən azı ilk beşlikdə olmasını görsəm, sevinərəm. Digər dünya ölkələrinə gəldikdə isə düşünürəm ki, bu dəfə çempion Avropa ölkələrindən biri ola bilər; futbol baxımından, məsələn, İngiltərənin şansı ola bilər".

Əksər təhsil ekspertləri kimi, Qoşqar Məhərrəmov da dünya çempionatında Türkiyə millisini dəstəkləyir:

Qoşqar Məhərrəmov: Ali təhsildə nəzəriyyə və praktikanın balansı 30/70  olmalıdır | tehsil365.news

"Dünya çempionatı hamımız üçün maraqlıdır. Mən də bir azərbaycanlı olaraq qardaş Türkiyənin tərəfini tuturam. Düşünürəm ki, Türkiyə uğur qazanacaq. Türkiyədən sonra mənim tutduğum komanda Braziliyadır. Ümid edirəm ki, bu iki komanda özlərinə layiq yer tutacaqlar".
 

Əmrah Həsənli isə qeyd edib ki, azarkeş kimi İspaniya millisinə rəğbət bəsləyir və finalda onların çıxış etməsini arzulayır.

184925

Azərbaycan ordusu Xəzərdə HƏRƏKƏTƏ KEÇDİ - Nə baş verir?
Son xəbərlərDaha çox