Azedu.az

Belçikada təqaüdlə oxumaq istəyənlərin nəzərinə: Sənəd qəbuluna az qaldı

Xaricdə təhsil

26 Yanvar 2020, 15:02
Belçikada təqaüdlə oxumaq istəyənlərin nəzərinə: Sənəd qəbuluna az qaldı

Belçikada təhsil almaq istəyənlər “ARES Belgium Scholarship 2020” proqramından yararlana bilərlər.

AzEdu.az xəbər verir ki, “ARES Belgium Scholarship 2020” tələbələri tamamilə maliyyələşdirən proqramdır.

Təqaüd proqramı aşağıdakı xərcləri qarşılayır:

Beynəlxalq aviabilet;

Yaşayış üçün müavinət;

 Təhsil haqqı;

Qeydiyyat haqqı;

Sığorta haqları;

Universitetlərarası təlimin bir hissəsi olan səyahət xərcləri.

Təqaüd proqramına son müraciət tarixi isə 7 fevral 2020-ci ildir.

Qeyd edək ki, təqaüd proqramın haqqında ətraflı məlumata sahib olmaq istəyənlər bu linkə daxil ola bilərlər.

Ermənistanda şok hazırlıq - Bu halda Azərbaycanla müharibə başlayır
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox