XƏBƏRLƏR

16.01.2020 09:12
Təhsil ekspertinin namizədliyi təsdiqləndi

Tanınmış təhsil eksperti, müasir dövrün abituriyent və tələbələrinə ən çox dəstək verən, onların maariflənməsi üçün çalışan Elçin Əfəndiyevin (Elçin Əfəndi) millət vəkilliyinə namizədliyi qeydə alındı.

AzEdu.az  xəbər verir ki, Elçin Vüqar oğlu Əfəndiyev Ağsu rayonunda anadan olub. Bakı Dövlət Universitetinin bakalavr və magistratura pillələri üzrə ali təhsil alıb.

87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən millət vəkilliyinə namizəd olan Elçin Əfəndi həm də bir sıra kitabların, elmi məqalələrin müəllifidir.

Xatırladaq ki, o, seçkilərdə qalib gələcəyi təqdirdə əmək haqqının sırf tələbələrə, imkansız ailələrə və kimsəsiz uşaqlara veriləcəyini bəyan etmişdir.