XƏBƏRLƏR

10.12.2019 17:02
ADNSU-nun rektoru Çinin Lançjou Neft-kimya kollecinin nümayəndə heyəti ilə görüşüb

Dekabrın 9-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Çinin Lançjou Neft-kimya kollecinin prorektoru Liu Xingqinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AzEdu.az xəbər verir ki, ikitərəfli münasibətlərin müzakirə olunduğu görüşdə rektor, professor Mustafa Babanlı ADNSU-
da təhsil alan çinli tələbələrdən və tələbə mübadiləsindən söz açıb. Universitetdə hazırda 41 nəfər çinli tələbənin təhsil aldığını qeyd edən rektor M.Babanlı onlar üçün yaradılan şəraitdən danışıb və əlaqələri daha da inkişaf etdirməyin əhəmiyyətini vurğulayıb.

ADNSU-da olmaqdan məmnun olduğunu deyən Çinin Lançjou Neft-kimya kollecinin prorektoru Liu Xingqin əlaqələrin daha yüksək səviyyədə və fərqli istiqamətdə davam etdirilməsinin önəmli olduğunu deyib.