14 iyuldan etibarən 2026-2027-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanlarına start verilib. Proses 18 iyuladək davam edəcək.
İmtahanda yüksək nəticə göstərən müəllimlər arasında Yevlax şəhər İ.Nəsimi adına 3 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Məmmədova Aytac da yer alır.
O, MİQ imtahanında 98.75 bal toplayaraq ən yüksək nəticə göstərən müəllim olub.
AzEdu.az bu münasibətlə müəllimin təəssüratlarını öyrənib.
Ölkə birincisi adını qazanmaq mənim üçün böyük qürur və unudulmaz bir uğurdur:
"Artıq 5 ildir ki, müəllim kimi fəaliyyət göstərirəm. Keçən il MİQ imtahanında 86.25 bal toplayaraq Gəncədə birinci oldum. Bu il isə 98.75 bal toplayaraq ölkə birincisi adını qazanmaq mənim üçün böyük qürur və unudulmaz bir uğur olub.
İmtahan prosesi tam şəffaf və ədalətli şəkildə təşkil olunmuşdu. Düşünürəm ki, əzm və məsuliyyətlə hazırlaşan, öz biliyinə güvənən hər bir müəllim yüksək nəticə əldə edə bilər. Bütün müəllim həmkarlarıma gələcək fəaliyyətlərində və imtahanlarda uğurlar arzulayıram".