Azedu.az

Rayonda müəllimdir, Bakıda işləmək istəyir - MİQ-də 83 bal toplayan NAMİZƏD

MİQ

16 İyul 2026, 14:03
Rayonda müəllimdir, Bakıda işləmək istəyir - MİQ-də 83 bal toplayan NAMİZƏD

"Nəticəm gözlədiyim kimi oldu".

Bu sözləri MİQ imtahanında 83,75 bal toplayan Azərbaycan dili və ədəbiyyatı müəllimliyi üzrə namizəd Nərmin Əsgərli AzEdu.az-a açıqlamasında bildirib.

"Bakı Slavyan Universitetinin Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə məzunuyam. Magistratura təhsilim yoxdur. Bu, MİQ imtahanında ilk iştirakım deyil. Əvvəlki illərdə də müsabiqədə iştirak etmişəm. 2023-cü ildə 54,75 bal toplamışdım. 

Ondan əvvəlki illərdə isə 60 ballıq sistem üzrə 47 və 48 bal nəticələrim olmuşdu. Bu il isə 83,75 bal topladım və nəticəm gözlədiyim kimi oldu. İmtahana ciddi şəkildə hazırlaşmışdım və sınaq imtahanlarındakı nəticələrimə əsasən bu balı gözləyirdim. İmtahan sualları ümumilikdə məni qane etdi. Həm ixtisas, həm də kurikulum bölməsində diqqət və məntiq tələb edən, düşündürücü suallar yer almışdı. 

Hesab edirəm ki, suallar namizədlərin bilik və bacarıqlarını qiymətləndirmək baxımından münasib səviyyədə hazırlanmışdı.

Hazırda rayon məktəblərinin birində üç ildir müəllim kimi fəaliyyət göstərirəm. Bu il MİQ imtahanında yenidən iştirak etməyimin əsas məqsədi Bakı şəhərində yerləşən məktəblərdə çalışmaqdır. Vakansiya seçimində də Bakı məktəblərinə üstünlük verməyi planlaşdırıram.

İmtahanın təşkili ilə bağlı heç bir texniki problemlə qarşılaşmadım və ümumilikdə prosesdən razı qaldım".

İranda xalq ayağa qalxdı - Putin təcili təyyarə göndərdi
Son xəbərlərDaha çox