Azedu.az

Daha bir müəllim MİQ-də yüksək bal TOPLADI

MİQ

15 İyul 2026, 16:41
Daha bir müəllim MİQ-də yüksək bal TOPLADI

"Düşünürəm ki, uğurumun əsas səbəbi nizam-intizamdır".

Bu sözləri MİQ imtahanında 81,25 bal toplayan ibtidai sinif müəllimliyi üzrə namizəd Zeynəb Rəhimova AzEdu.az-a açıqlamasında bildirib.

"Azərbaycan Dövlət Pedaqoji Universitetinin bakalavr məzunuyam. Hazırda Bakı Qızlar Universitetində magistratura təhsili alıram.

Bu il MİQ imtahanında 81,25 bal topladım. 2023-cü ildə də eyni nəticəni əldə etmişdim və həmin il Bakı şəhərində yerləşən 5 nömrəli tam orta məktəbdə bir il müddətli əmək müqaviləsi ilə müəllim kimi fəaliyyət göstərmişdim.

İmtahanı ümumilikdə orta çətinlik səviyyəsində qiymətləndirirəm. Nə çox çətin idi, nə də çox asan. İxtisas sualları orta səviyyədə idi, kurikulum bölməsi isə mənə daha çətin göründü. Buna baxmayaraq, sualların öhdəsindən gələ bildim.

Düşünürəm ki, nəticəmin əsas səbəbi nizam-intizamlı şəkildə hazırlaşmağımdır. Hazırlıq üçün daha çox vaxtım olsaydı, hesab edirəm ki, daha yüksək nəticə əldə edə bilərdim.

Vakansiya seçimində Bakı şəhərində yerləşən məktəblərə üstünlük verməyi planlaşdırıram və müəllimlik fəaliyyətimi burada davam etdirmək istəyirəm".

TƏCİLİ! İrəvanın mərkəzində atışma - Nə baş verir?
Son xəbərlərDaha çox