Azedu.az

Qarabağ Universitetində yeni TƏYİNAT

Ali təhsil

14 İyul 2026, 15:45
Qarabağ Universitetində yeni TƏYİNAT

Cəmilə Rəsul qızı İsmayılzadə Qarabağ Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Bu barədə Universitetin rektoru Şahin Bayramov müvafiq əmr imzalayıb.

Universitetdən AzEdu.az-a verilən məlumata görə, Cəmilə İsmayılzadə bakalavriat təhsilini Bakı Dövlət Universitetində (Beynəlxalq münasibətlər ixtisası üzrə), magistratura təhsilini isə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Almaniyada alıb.

C.İsmayılzadə bundan əvvəl Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, Azərbaycan–Fransız Universitetində (UFAZ),  Azərbaycan İdman Akademiyasında rəhbər vəzifələrdə çalışıb. Bu təyinata qədər C.İsmayılzadə Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının təşkilati komandasında şöbə müdiri vəzifəsində işləyib.

Çoxsaylı beynəlxalq təqaüd və təlim proqramlarının məzunu olan C.İsmayılzadə ictimaiyyətlə əlaqələr, kommunikasiya, universitet idarəetməsi və beynəlxalq əməkdaşlıq sahəsində təcrübəyə malikdir.

İlham Əliyevin çıxışına Rusiyadan reaksiya - Kreml narazı qaldı
Son xəbərlərDaha çox