Azedu.az

Diplomların elektron formatda verilməsinə başlanılıb

Ali təhsil

15 İyul 2026, 12:46
Diplomların elektron formatda verilməsinə başlanılıb

Azərbaycanda təhsil sənədlərinin elektron formatda təqdim olunması istiqamətində işlər yekunlaşmaq üzrədir və ilk elektron diplom artıq məzunlara təqdim edilib.

AzEdu.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “Rəqəmsal arxitektura: Proqram idarəetməsi və nəticəəsaslı yanaşma” mövzusunda keçirilən dəyirmi masada bildirib.

Onun sözlərinə görə, ilk elektron diplom peşə təhsili üzrə məzunlara verilib:

“Sistem elə qurulub ki, təhsil müəssisəsi məzunun məlumatlarını təsdiqləyib elektron imza ilə imzaladıqdan sonra diplom avtomatik formalaşdırılır. Yaxın vaxtlarda elektron sertifikatlar və attestatlar da vətəndaşlar üçün “Mygov” platformasında əlçatan olacaq”.

Rusiyadan Bakıya HƏDƏ-QORXU - Biz deyənlər olacaq!
Son xəbərlərDaha çox