Azedu.az

Yeni pasport qaydası 15 yaşlı şagirdi 6 həftə məktəbdən ayırdı

Şagirdlər

17 İyul 2026, 09:44
Yeni pasport qaydası 15 yaşlı şagirdi 6 həftə məktəbdən ayırdı

İtaliyada yaşayan 15 yaşlı ikili vətəndaşlığı olan bir qız Böyük Britaniyanın yeni pasport qaydalarına görə altı həftə Romada qalmalı olub. 

AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata görə, nənəsini ziyarət etdikdən sonra Böyük Britaniyaya qayıtmaq istəyən yeniyetmənin təyyarəyə minməsinə icazə verilməyib.

Səbəb 2026-cı ilin fevralından qüvvədə olan qaydalar olub. Yeni tələblərə əsasən, ikili vətəndaşlığı olan Britaniya vətəndaşları ölkəyə giriş üçün etibarlı Britaniya pasportu və ya vətəndaşlığı təsdiqləyən müvafiq sənəd təqdim etməlidirlər.

Yaşanan gecikmə səbəbindən qız təxminən altı həftə məktəbdən uzaq qalıb.

Qızın atası yeni qaydaların ictimaiyyətə kifayət qədər izah edilmədiyini və prosesin düzgün idarə olunmadığını bildirib.  "Onlar insanların həyatı ilə oynayırlar. Söhbət bir uşağın təhsilindən gedir. Bu, qəbuledilməzdir,"- deyə vurğulayıb.

Ailənin müraciətindən sonra məktəb rəhbərliyi də hökumətə məktub göndərərək şagirdin uzun müddət təhsildən uzaq qalmasından narahatlığını ifadə edib. Həmçinin ailənin seçki dairəsini təmsil edən deputat Joe Powell məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edib.

İlkin mərhələdə qıza daha əvvəl heç vaxt Britaniya pasportu olmadığı əsas gətirilərək müvəqqəti pasport da verilməyib. Lakin sonradan Xarici İşlər Nazirliyi ona təcili səyahət sənədi təqdim edib və qız aprel-may aylarında yaşanan altı həftəlik gecikmədən sonra ölkəsinə qayıda bilib.

 

Rusiyada azərbaycanlılara hücum başladı- Kreml Bakıya diş qıcayır
Son xəbərlərDaha çox