Azedu.az

“Əlaçı” intellektual oyununun yeni mövsümünün seçim turu təşkil olunub

Şagirdlər

16 Sentyabr 2026, 17:13
“Əlaçı” intellektual oyununun yeni mövsümünün seçim turu təşkil olunub

Sentyabrın 12-də ölkənin müxtəlif regionlarını əhatə edən ümumi təhsil məktəblərinin 10 və 11-ci sinif şagirdlərinin iştirakı ilə “Əlaçı” intellektual oyununun yeni mövsümünün seçim turu keçirilib.

AzEdu.az xəbər verir ki, Bakı, Gəncə, Quba, Şəmkir, Salyan, Lənkəran, Sumqayıt, Şamaxı, Bərdə, Mingəçevir, Sabirabad və Şəki şəhərlərində təşkil olunan seçim turunda ümumilikdə 4000-ə yaxın məktəbli iştirak edib.

Turun nəticələrinə əsasən, hər iki sinif üzrə ən yüksək nəticə göstərən 144 nəfər iştirakçı sentyabr-oktyabr aylarında İctimai Televiziyada yayımlanacaq “Əlaçı” verilişinin çəkilişlərində iştirak edəcək.

Qeyd edək ki, intellektual oyunun keçirilməsində əsas məqsəd müxtəlif sahələrdə dərin biliklərə malik, intellektual potensialı yüksək olan gəncləri üzə çıxarmaq, məktəbliləri bu sahəyə maraq göstərməyə həvəsləndirmək və onların asudə vaxtlarını səmərəli təşkil etməkdir.

Yollar iflic oldu, internet bahalaşdı - Növbədə nə var?
Son xəbərlərDaha çox