Belçikanın paytaxtı Brüsseldə 5 minə yaxın tələbə universitetlərdə təhsil haqlarının artırılmasına və ali təhsildə akademik tələblərin sərtləşdirilməsinə etiraz edib.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, tələbələr Belçikada fransızdilli universitet və ali məktəb tələbələrini təmsil edən FEF-in çağırışı ilə Brüsselin Mərkəzi Dəmiryol Vağzalı qarşısında toplaşıblar.
Onlar əsas yollarla yürüş edərək Valoniya-Brüssel Federasiyası hökumətinin binası qarşısına gəliblər.
Etirazçılar illik tam təhsil haqqının 835 avrodan 1194 avroya qaldırılmasına, həmçinin tələbələrin təhsillərini müəyyən müddətdə başa çatdırmasını tələb edən akademik şərtlərin sərtləşdirilməsinə qarşı çıxıblar.
Tələbələr, həmçinin yaşayış, nəqliyyat, qidalanma və dərs materiallarının qiymətlərinin artmasına etiraz ediblər.
Təhsil həmkarlar ittifaqları və bəzi müəllim qrupları da aksiyaya dəstək verib.