Azedu.az

Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər

Ali təhsil

16 Sentyabr 2026, 16:44
Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər

Bakı Qızlar Universitetinin fəaliyyətinin dayandırılması ilə əlaqədar tələbələrin təhsilinin fasiləsizliyinin təmin edilməsi məqsədilə onların digər ali təhsil müəssisələrinə köçürülməsi yekunlaşıb.

AzEdu.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd edilib ki, universitetin 1500-ə yaxın tələbəsinin hamısı artıq özəl universitetlərə köçürülüb.

Tələbələrdən 682 nəfəri Odlar Yurdu Universitetinə, qalanları isə Azərbaycan Universitetinə yerləşdirilib.

Qeyd edək ki, Bakı Qızlar Universiteti akkreditasiyadan keçmədiyi üçün fəaliyyətini dayandırıb. (Bizim.Media)

Yollar iflic oldu, internet bahalaşdı - Növbədə nə var?
Son xəbərlərDaha çox