Azedu.az

Şagirdlərin elektron yerdəyişməsi BAŞLADI

Şagirdlər

20 Avqust 2026, 15:18
Şagirdlərin elektron yerdəyişməsi BAŞLADI

2026–2027-ci tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktivləşdirilib.

Bu barədə AzEdu.az-a MÜTDA-dan məlumat verilib.

Qeyd olunub ki, proses 2–9-cu və 11-ci sinif şagirdlərini əhatə edəcək.

Bildirilib ki, şagirdlərin elektron yerdəyişməsi sy.edu.az portalı vasitəsilə həyata keçirilir. İnternetə çıxış imkanı olmayan vətəndaşlar yerdəyişmə prosesi ilə bağlı aidiyyəti üzrə Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, Agentliyin Vətəndaşlara Xidmət Mərkəzinə, eləcə də ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

 

09:56

Bu gün - 20 avqust saat 15:00-dan etibarən 2026-2027-ci tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktivləşdiriləcək.

AzEdu.az xəbər verir ki, proses 2-9-cu və 11-ci sinif şagirdlərini əhatə edəcək.

Şagirdlərin elektron yerdəyişməsi sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

Nəzərinizə çatdırırıq ki, internetə çıxış imkanı olmayan vətəndaşlar yerdəyişmə prosesi ilə bağlı aidiyyəti üzrə Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, Agentliyin Vətəndaşlara Xidmət Mərkəzinə, eləcə də ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

TƏCİLİ! Hazırlıqlar başladı - İran hər an bombalana bilər
Son xəbərlərDaha çox