Azedu.az

Naxçıvanın 4 məzunu qızıl və gümüş nişanla təltif olunub

Şagirdlər

3 Sentyabr 2026, 15:48
Naxçıvanın 4 məzunu qızıl və gümüş nişanla təltif olunub

2025-2026-cı tədris ilində ümumi təhsil müəssisələrini yüksək nəticələrlə başa vuran məzunlar qızıl və gümüş nişanlarla təltif ediliblər.

AzEdu.az-ın əldə etdiyi məlumata əsasən, Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayevin imzaladığı müvafiq əmrə əsasən, Naxçıvandan 4 məzun yüksək nailiyyətlərinə görə qızıl və gümüş nişana layiq görülüb.

Belə ki, Naxçıvan şəhəri 12 nömrəli tam orta məktəbin məzunu Cabbarlı Ərsadiq İlham oğlu və Culfa rayonu Saltaq kənd tam orta məktəbinin məzunu Zülfüqarov Murad Rəşad oğlu qızıl nişanla təltif olunublar.

Babək rayon Şəkərabad kənd tam orta məktəbinin məzunu Babayeva Fidan Nahid qızı və Naxçıvan şəhəri 4 nömrəli tam orta məktəbinin məzunu Ələkbərli Solmaz Şahmar qızı isə gümüş nişana layiq görülüblər.

Qeyd edək ki, Naxçıvanı təmsil edən 2 məzun qızıl, 2 məzun isə gümüş nişanla təltif olunub.

Paşinyan Putinin üzünə qayıtdı: 5 min rus əsgəri bizə lazım deyil!
Son xəbərlərDaha çox