Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə (ADMİU) yeni qəbul olunan tələbələr ilə bağlı sosial şəbəkədə paylaşılan video ilə bağlı araşdırma aparılır.
AzEdu.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli APA-nın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkədə yayılan görüntülərdə adı keçən şəxslər Yasamal RPİ-yə dəvət olunub.
Onlarla profilaktik söhbətlər aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokollar tərtib edilib. Həmçinin gələcəkdə bu kimi hallara yol verməmələri barədə xəbərdarlıq olunub.