Azedu.az

Əvvəl rayonda, sonra Bakıda müəllim işləyən namizəd MİQ-də 91 bal TOPLADI

MİQ

17 İyul 2026, 10:40
Əvvəl rayonda, sonra Bakıda müəllim işləyən namizəd MİQ-də 91 bal TOPLADI

"Nizam-intizamlı və davamlı hazırlıq yüksək nəticə qazanmağın əsas şərtlərindəndir".

Bu sözləri MİQ imtahanında coğrafiya müəllimliyi üzrə 91,25 bal toplayan namizəd Şəfa Mütəllimova AzEdu.az-a açıqlamasında bildirib.

"İmtahan mənim üçün uğurlu keçdi. Suallar arasında həm asan, həm çətin, həm də düşündürücü tapşırıqlar var idi. Xüsusilə məzmun baxımından geniş, məntiqi təhlil və qruplaşdırma bacarığı tələb edən suallar diqqətimi çəkdi.

Bu nəticəni əldə etmək üçün ən vacib amillərdən biri nizam-intizamlı və davamlı şəkildə çalışmaqdır. Bununla yanaşı, imtahan zamanı həyəcanı idarə etmək də böyük əhəmiyyət daşıyır. Düzdür, həyəcanımı tam şəkildə idarə edə bilmədim, lakin mümkün qədər təmkinli olmağa çalışdım.

Əslində, özümdən bu nəticəni gözləyirdim. Bununla belə, müəyyən qorxularım da var idi. Ailəmin və mənə inanan insanların gözləntiləri məndə əlavə məsuliyyət hissi yaradırdı. Məhz həmin etimadı doğrultmaq istəyi məni daha çox həyəcanlandırırdı. Şükürlər olsun ki, bu həyəcanın öhdəsindən gələ bildim. 

Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin məzunuyam. Magistratura təhsilim yoxdur. Təxminən 5-6 illik pedaqoji təcrübəm var. Rayon məktəblərində çalışmışam, həmçinin Bakı şəhəri 280 nömrəli tam orta məktəbdə müddətli müqavilə ilə müəllim kimi fəaliyyət göstərmişəm.Gələcəkdə də pedaqoji fəaliyyətimi Bakı məktəblərində davam etdirməyi planlaşdırıram. Vakansiya elan olunacağı təqdirdə, 280 nömrəli məktəbdə çalışmağı arzulayıram".

TƏCLİ! Rusiyada qarşıdurma - Əhali etirazlara başladı
Son xəbərlərDaha çox