Azedu.az

BMU-da magistraturada“Süni intellekt” üzrə kadr hazırlığı

Ali təhsil

15 İyul 2026, 16:14
BMU-da magistraturada“Süni intellekt” üzrə kadr hazırlığı

Bakı Mühəndislik Universitetinin (BMU) İnformasiya və kompüter texnologiyaları fakültəsində 2026/2027-ci tədris ilindən magistratura səviyyəsində açılan yeni ixtisaslaşmalardan biri də  “Kompüter elmləri”  ixtisasının “Süni intellekt” ixtisaslaşmasıdır. 

AzEdu.az xəbər verir ki, bu ixtisaslaşma süni intellekt sahəsində yüksəkixtisaslı kadr hazırlığının gücləndirilməsi və rəqəmsal iqtisadiyyatın tələblərinə uyğun insan kapitalının formalaşdırılması baxımından strateji əhəmiyyət daşıyır. Məqsəd süni intellekt sistemləri və texnologiyaları, maşın öyrənməsi, generativ süni intellekt, data elmi və Big Data texnologiyaları, neyron şəbəkələr, dərin öyrənmə, təbii dilin emalı, bulud hesablamaları və süni intellekt, Virtual və Artırılmış Reallıq (VR/AR) üçün maşın öyrənməsi, kompüter görməsi, data mining, eləcə də süni intellekt üçün ehtimal və statistika sahələrində dərin nəzəri biliklərə və praktik bacarıqlara malik yüksəkixtisaslı mütəxəssislər hazırlamaqdır.

Təhsil proqramı tələbələrə süni intellektin müasir istiqamətləri, data analitikası, kibertəhlükəsizlik, biznes analitikası, qərar qəbuletmə, eləcə də innovativ layihələrin hazırlanması və tətbiqi kimi önəmli istiqamətlər üzrə peşəkar kompetensiyalar qazandırır. Nəticədə məzunlar müvafiq fəaliyyət sahələrində qarşıya qoyulan vəzifələrin icrası üçün zəruri bilik, bacarıq və səriştələrə yiyələnirlər.

İxtisaslaşmanın tədris proqramının ilkin mərhələsində tələbələr peşə istiqaməti üzrə möhkəm nəzəri baza formalaşdırmaq məqsədilə zəruri riyazi, texniki və texnoloji biliklər əldə edirlər. Növbəti mərhələdə onlar süni intellekt, maşın öyrənməsi, təbii dilin emalı, neyron şəbəkələr və digər müasir istiqamətlər üzrə qabaqcıl metod və texnologiyaları mənimsəyirlər. Son mərhələdə isə qazandıqları nəzəri bilikləri real iş mühitində tətbiq etmək, praktik bacarıqlarını inkişaf etdirmək məqsədilə elmi-pedaqoji və elmi-tədqiqat təcrübələri keçir, həmçinin magistrlik dissertasiyasını müdafiə edirlər.

TƏCİLİ! İrəvanın mərkəzində atışma - Nə baş verir?
Son xəbərlərDaha çox