"İxtisas üzrə bütün sualları düzgün cavablandırdım, daha yüksək nəticə də göstərə bilərdim".
Bu sözləri MİQ imtahanında tarix müəllimliyi üzrə 95 bal toplayan namizəd Könül Nüsrətli AzEdu.az-a açıqlamasında bildirib.
"Üç ildən bir qədər çoxdur ki, məktəbdə müəllim işləyirəm, bundan əvvəl də pedaqoji fəaliyyət təcrübəm olub.
İmtahanda ixtisas üzrə 40 sualın 40-nı da düzgün cavablandırdım. Səhvlərim əsasən metodika bölməsindən oldu.
Düşünürəm ki, bu, diqqətsizlik və yorğunluqla bağlı ola bilərdi. Əslində daha yüksək nəticə göstərə biləcəyimə inanırdım.
Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirmişəm. Eyni zamanda, ixtisasım üzrə magistratura təhsili almışam.
MİQ imtahanında yüksək nəticə əldə etmək üçün əsas məsələ ixtisası dərindən bilmək, üzərində daim işləmək və diqqətli olmaqdır. Gələcəkdə fəaliyyətimi Bakı şəhərində davam etdirmək istəyirəm".