ABŞ hökuməti xarici tələbələr və bəzi digər qeyri-immiqrant viza sahibləri üçün ölkədə qalma müddətinə yeni məhdudiyyətlər tətbiq etməyə hazırlaşır.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, F, J və I kateqoriyalı vizalarla ölkəyə daxil olan şəxslərin qalma müddəti artıq sabit vaxt çərçivəsi ilə müəyyən ediləcək.
Yeni qaydalara əsasən, tələbələr və mübadilə proqramı iştirakçıları ABŞ-də yalnız təhsil və ya proqram müddəti qədər qala biləcəklər. Lakin bu müddət 4 ildən artıq olmayacaq.
Akademik proqramını başa çatdırmaq üçün əlavə vaxta ehtiyacı olan şəxslər isə federal qurumlardan qalma müddətinin uzadılmasını tələb edə biləcəklər.
Dəyişikliklər yaxın günlərdə rəsmi şəkildə yayımlanacaq və dərc edildikdən 60 gün sonra qüvvəyə minəcək.
ABŞ Daxili Təhlükəsizlik naziri Markwayne Mullin bildirib ki, əvvəlki sistem bəzi şəxslərə ölkədə uzun müddət qalmaq imkanı verirdi və bundan sui-istifadə hallarına yol açırdı.
Nazirin sözlərinə görə, yeni qaydalar xarici vətəndaşların ABŞ-də daha effektiv şəkildə yoxlanılması və immiqrasiya prosesinə nəzarətin gücləndirilməsi məqsədi daşıyır.