Azedu.az

Bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA

AzEdu Təhsil Platforması

17 İyul 2026, 09:45
Bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA

İyulun 17-si saat 9:00-a olan faktiki hava açıqlanıb.

AzEdu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam və gecə saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxıb, yağış yağıb.

Düşən yağıntının miqdarı Gəncədə 11, Şəmkir, Sarıbaş (Qax), Balakən, Oğuzda 4, Şəkidə 2, Zaqatala, Şahdağ, Naftalan, Göygöl, Tərtər, Kəlbəcər, Laçın, Qubadlı, Şuşada 1 mm-dir.

İyulun 16-da bəzi yerlərdə şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, eyni zamanda Mingəçevirdə 21, Gəncədə 20, Culfada 19 m/s-yə çatıb.

Türkiyə müharibəyə girə bilər - ŞOK AÇIQLAMA
Son xəbərlərDaha çox